Ölkə

Şəmkirdə ağac kəsən şəxs cəzalanıb

3 Aprel 2020 14:39
1 Şərh     Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 9 müxtəlifcinsli ağacın kəsildiyi və təbiətə 1440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Şəmkir şəhər sakini Aydın Budaqov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şəmkir rayon Prokurorluğuna göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.