Ölkə

Masazırdakı post nə məqsədlə qurulub?

2 Aprel 2020 14:24
1 Şərh     Baxış: 2 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı, Sumqayıt, Abşeron şəhərləri daxilində avtomobillərin hərəkəti sərbəstdir. Masazırda postun qurulmasında, avtomobillərin saxlanılmasında məqsəd lüzumsuz yerə öz avtomobili ilə şəhərə çıxanları müəyyən etməkdir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də deyib. O qeyd edib ki, bu, həmin şəxslərin avtomobilini və ya özünü evə qaytarmaq məqsədi daşıyır: "Bu məqsədlə postlar fəaliyyət göstərir".

Ə.Baqişev deyib ki, hazırda qaydaları pozanlar daha çox Bakı şəhərindədir: 

"Nəqliyyat vasitələrinin hərəkəti bacardıqca məhdudlaşdırılır. Vətəndaşın işə getməyə icazəsi varsa, o avtomobili ilə işə gedə bilər. Amma çalışdığımız qədər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırırıq. Tövsiyə edirik ki, işə gedərkən digər nəqliyyat vasitələrindən istifadə etsinlər. İctimai nəqliyyatdan istifadə də təhlükəlidir. Təhlükə hər yerdə var. Heç kim bu təhlükədən sığortalanmayıb. Bu virus təhlükəlidir. Biz hamımız bir yerdə karantin rejiminə ciddi əməl etməklə vətəndaşların dövlətlə münasibətini tənzimləməklə hamımız birgə bu bəladan qurtula bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.