Ölkə

Azərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

1 Aprel 2020 13:40
0 Şərh     Baxış: 18 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında operativ qərargaha istinadən guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır.

Milli.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır:

"Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün".

Qeyd edək ki, sosial şəbəkələrdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təmin olunması məqsədilə bütün təhsil müəssisələrində dərslərin 15 sentyabr 2020-ci il tarixinədək dayandırılması barədə məlumat yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.