Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi respublikamızın bölgələrindən birində baş vermiş məişət zorakılığı halı ilə əlaqədar çoxsaylı zəng və müraciətləri nəzərə alaraq məsələ ilə bağlı bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.
Milli.Az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, bu günlərdə müvafiq rayonda Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən (rayonun və zərərçəkənin adı konfidensiallığın qorunması məqsədilə qeyd olunmur) Uşaq və Ailələrə Dəstək Mərkəzinə üç günlük körpəsi ilə birgə həyat yoldaşı və onun ailəsi tərəfindən evə buraxılmayan bir qadın müraciət edib. Üzərində şəxsiyyətini təsdiq edən sənədi olmayan qadın sənədinin götürülməsi üçün evə dönəcəyi halda ölümlə hədələndiyini, getməyə heç bir yeri olmadığını və valideynlərinin də onu qəbul etmədiyini bildirib.
Uşaq və Ailələrə Dəstək Mərkəzi rayon icra hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu" ilə birgə təcili toplanaraq məsələnin həlli istiqamətində müzakirə aparıb. Qadının yaxın ailə üzvləri ilə aparılan söhbətlərə baxmayaraq, onun öz valideynlərinin evinə yerləşdirilməsi belə mümkün olmayıb.
"Məişət zorakılığının xüsusiyyətini və bu zəmində indiyədək baş vermiş qətl hadisələrini əsas götürərək, analoji hallar baş verdiyi təqdirdə zərərçəkənin yaşadığı və hədələndiyi ailəyə hətta polisin göstərişi olduğu halda yenidən qaytarılmasının böyük risk olduğu baş vermiş bu hadisə zamanı da nəzərə alınıb. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı tövsiyə və göstərişinə müvafiq olaraq, körpəsi ilə axşam saatlarında küçədə qalmaq məcburiyyətində olan qadın Uşaq və Ailələrə Dəstək Mərkəzində polisin iştirakı ilə müvəqqəti yerləşdirilib. Ana və uşaq lazımi qida və yataq yeri ilə təmin edilib, hadisə ilə bağlı mövcud qaydalara uyğun qiymətləndirmə aparılıb, fərdi hal qovluğu açılaraq iş protokollaşdırılıb.
Növbəti gün ana və körpəsi Bakı şəhərində yerləşən "Təmiz Dünya" sığınacağına yerləşdirilib. Hazırda qadın və uşağın vəziyyəti normaldır və sığınacağın sosial işçiləri tərəfindən operativ dəstək proqramına cəlb edilib. Məsələ ilə bağlı Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq sığınacaq, yerli icra hakimiyyətinin monitorinq qrupu və Daxili İşlər Nazirliyi birgə fəaliyyətlərini davam etdirəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə mübarizə apardığımız, dövlətimizin ailələrin qayğısına qaldığı çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir. Cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırırıq", - məlumatda qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)





