Ölkə

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

27 Mart 2020 15:53
0 Şərh     Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 26-dan 27-dək şəhər çıxışlarında quraşdırılan keçid postlarından 742 nəqliyyat vasitəsi regionlara qaytarılıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:

"Bizdə sərnişinlərin sayı ilə bağlı dəqiq hesablama aparılmır. Lakin martın 26-dan 27-dək ümumilikdə şəhər çıxışlarında quraşdırılan keçid postlarından 1590 avtomobil geri qaytarılıb. 742 nəqliyyat vasitəsi region istiqamətlərinə, 848 avtomobil isə şəhər istiqamətinə qaytarılıb.

Onu da qeyd edim ki, martın 19-dan bu günə qədər şəhər çıxışlarında quraşdırılan keçid postlarından rayon istiqamətinə qaytarılan nəqliyyat vasitələrinin sayı 7545 olub. Martın 25-dən bu gün səhər saatlarına qədər isə 3656 avtomobil Bakı istiqamətinə geri qaytarılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.