Ölkə

Lidersement MMC Koronavirusla Mübarizəyə dəstək Fonduna 10 000 manat ianə edib

25 Mart 2020 17:32
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norm Sement distribütor şirkətlərini və əməkdaşlıq etdiyi bütün şirkətləri hazırda yeni növ koronavirusla mübarizəyə qalib gəlmək məqsədilə birliyə, fəaliyyət göstərdikləri ərazidə sosial məsafə və izolyasiya qaydalarının tətbiqinə, cəmiyyətin maariflənməsində aktiv iştirak etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Norm-un çağırışına qoşulan şirkətlərdən biri də şirkətin rəsmi distribütoru Lidersement MMC olub. Distribütor şirkətin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat ianə etməklə nümunəvi vətəndaş mövqeyi nümayiş etdirib.

Bundan başqa, Lidersement iş yerində və yaxın ərazilərdə dezinfeksiya işlərinin aparılması, dilerlər şəbəkəsinin virusdan qorunma qaydaları haqda məlumatlandırılması, onların dezinfektantlar və tibbi maskalarla təmin edilməsi üzrə aktiv iş rejiminə başlayıb.

Lidersement bu yoluxucu xəstəliyin öhdəsindən birgə gəlmək üçün hər birinizi ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərinə uyğun davranmağa, gigiyena və sosial məsafə qaydalarının tətbiqinə iş və şəxsi həyatınızda biganə qalmamağa çağırır.

Unutmayaq ki, virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə miqyaslı qabaqlayıcı, kompleks tədbirlərin həyata keçirildiyi bir zamanda hər bir vətəndaş ən azı şəxsi gigiyena qaydalarına riayət etməkdən məsuldur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.