Ölkə

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

23 Mart 2020 15:54
0 Şərh     Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait ayırıb.

ASC-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun bariz nümunəsi son aylarda dünyada demək olar ki, bütün ölkələrdə yayılan yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.