AMEA koronavirusa qarşı mübarizə yollarını açıqlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyası koronavirusa qarşı mübarizə yollarını açıqlayıb.
Milli.Az xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, koronavirusa qarşı xüsusi müalicə vasitəsi və ya vaksin (peyvənd) yoxdur, yoluxmuş əksər insanlar bu xəstəlikdən özləri sağalır. Koronavirus simptomları olan şəxslər vaxt itirmədən həkimə müraciət etməlidir. Bununla yanaşı, koronavirus yoluxmasının qarşısını almağa kömək etmək üçün ümumi soyuqdan qorunmaq üçün edilən qabaqlayıcı tədbirlərə riayət olunması vacibdir:
- Əlləri sabun və ilıq su ilə yumalı və ya alkoqol tərkibli əl təmizləyicisi ilə yaxşıca silməli;
- Əlləri və barmaqları gözlərdən, burun və ağızdan uzaq saxlamalı;
- Yoluxmuş insanlarla yaxın təmasda olmaqdan çəkinməli;
- İctimai nəqliyyatdan və digər qələbəlik olan yerlərdən az istifadə etməli;
- İmkan daxilində alış-verişi onlayn etməli və ya ödəmələri elektron yolla, plastik kartlar vasitəsilə həyata keçirməli. (Nəğd pul sellüloza lifləri ilə zəngin materialdan olduğundan onlar sellüloza lifləri arasında potensial virus daşıyıcısıdır. Azərbaycanda banklar nəğd pulları dezinfeksiya etsələr də, xəstə insanlarla təmas nəticəsində koronavirus bu yolla da yayıla bilər. Ona görə küçə ticarətindən yayınmaq məsləhətdir).
Bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın dezinfeksiya qaydalarına riayət etməsi olduqca vacibdir.
Koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə qarşı edilən müalicəni etmək lazımdır:
- Bolluca istirahət etməli;
- Çox maye qəbul etməli, dehidrasiyadan yayınmalı;
- Boğaz ağrısı və hərarətə qarşı dərman qəbul etməli; (Lakin uşaqlara və 19 yaşdan kiçik gənclərə aspirin əks göstəriş olduğundan, həkim məsləhəti olmadan ibuprofen-dən istifadə edilməməlidir. Həkimlə məsləhətləşdikdən sonra asetaminofen tərkibli həblərdən istifadə edilməlidir).
- Nəmləndirici və ya parlı duş da iltihablı boğaz ağrılarını sakitləşdirməyə kömək edə bilər.
İmkan daxilində ətrafda olan vasitələrindən, alətlərdən və s. istifadə edərkən müxtəlif sterilləşmə metodlarından müntəzəm istifadə edilməlidir. Sterilləşmə metodlarına aşağıdaklar daxil edilə bilər:
- Kiçik məsaməli (nano ölçüdə) filtrlərdən süzməklə maye dərman preparatlarını sterilləşdirmək olar;
- Termal sterilləşmə metodlarından (qızdırmaq, qaynatmaq, təzyiq altında sterilləşmə və s.) istifadə etməklə metal, saxsı, şüşə və ya digər sudan qorxmayan materialları sterilləşdirmək olar.
Bəzi materialları ultrabənövşəyi (UV) işıqla şüalandırmadan istifadə etməklə sterilləşdirmək olar. Bir qayda olaraq, UV ətrafda işıq şüalarına məruz qalan bütün zülal və nuklein turşusu molekullarını (virusun quruluş blokları) denaturasiya edir. Məsələn, Çində COVID-19 yoluxmasından sonra potensial virus daşıyıcısı olan pul əskinazlarının sterilləşdirilməsində ultrabənövşəyi işıqdan və ya yuxarı temperaturlu termik emaldan istifadə edilib və onlar yenidən dövriyyəyə buraxmazdan öncə qapalı şəraitdə iki həftəyə qədər müddətdə saxlanılıb. Lakin UV ilə sterilizasiyanın çatışmayan cəhəti odur ki, o, yalnız nazik bir təbəqəni (səthi) sterilləşdirə bilir.
Sterilləşmənin potensial səmərəli variantı böyük həcm və kütlədə olan materiallar üçün Gamma aparatından istifadə etməklə Gamma şüalandırmadır. Bu sterilləşmə metodu müxtəlif mənşəli metal, parça və kağız mənşəli bütün materialları sterilləşdirə bilir. Bu zaman materialın mexaniki keyfiyyətində olan azalma 5 faizdən az təşkil edir. Yoxlanılmış əksər viruslar üçün Gamma şüalarının təsir etmə intensivliyi 0.5 Mrad-dan 2 Mrad qədər olur. Məsələn, SARS-koronovirus kimi dözümlü viruslarda bu 1 Mrad-dan başlayır. 2 Mrad kifayət edir ki, qısa zaman ərzində təsiretmə ilə bütün koronaviruslar (həmçinin əksər DNT və RNT tərkibli viruslar) geriyə dönməyən şəkildə denaturasiya olunsun.
Gamma şüaları Cobalt-60 (60 Co) və ya Sezium-137-in (137 Cs) öz-özünə dağılması ilə meydana gəlir. Bu üsul yüksək nüfuz etmə qabiliyyətinə malik olan və tez-tez istifadə olunan sterilləşdirmə metodudur. O, qaz, maye, bərk halda olan materialların, homogen və heterogen sistemlərin, birdəfəlik tibbi avadanlıqların, məsələn, şprislərin, iynələrin, kannulaların, sıxlıq materialların, kosmetikanın və s. sterilləşməsində istifadə edilir. Bu şüalar bir çox materiallarda asanlıqla tətbiq oluna bilir, lakin polivinil xlorid (PVC), asetal və politetrafluoroetilen (PTFE) ilə uyğunluq təşkil etmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı narahatlığa rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
XƏBƏR LENTİ
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı narahatlığa rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - İddia (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu





