Ölkə

Arzu Nağıyev: "Operativ Qərargahla yanaşı, digər qurumlar da mütəmadi olaraq məlumatlar yaymalıdır"

17 Mart 2020 14:47
Baxış: 3 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən hansısa informasiya agentliyinin verdiyi məlumatların nə dərəcədə düz olub-olmaması müzakirə edilir. Düşünürəm ki, bəzi qurumların mətbuat xidməti öz işini sona qədər yerinə yetirmədiyinə görə, müxtəlif saytlara, qurumlara yanlış məlumatlar sızır. Düşünürəm ki, mətbuat xidmətləri mütəmadi olaraq birifinqlər keçirməlidirlər. Onlardan təkcə sorğu yolu ilə informasiyalar alınmamalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili, politoloq Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

A.Nağıyev eyni zamanda vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatları ilə yanaşı, hər bir qurum özü də mütəmadi olaraq məlumatlar yaymalıdır.

Deputatın sözlərinə görə, vacib məqamlardan biri də Azərbaycan Ordusu ilə bağlıdır: "Bu gün orduda vəziyyətin necə olması əhəmiyyət kəsb edir. Çünki qarşıdan Novruz bayramı gəlir və bu ərəfədə valideynlərin hərbçilərlə görüşləri olmalı idi. Lakin koronavirusla əlaqədar bu görüşlərin dayandırılmasına qərar verilib. Hesab edirəm ki, hər kəs bu qaydaya əməl etməlidir".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.