Ölkə

SOCAR da koronavirusa görə vətəndaş qəbulunu dayandırdı

17 Mart 2020 15:18
Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alaraq, SOCAR-da vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, sözü gedən dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaqdır. Vətəndaşlar həmçinin SOCAR-ın rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resursda (www.socar.az) təqdim edilən "Email yaz" xidmətindən yararlana bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.