Ölkə

Yaxın günlərdə Bakı Dairəvi dəmir yolu tam istifadəyə verilə bilər

13 Mart 2020 18:09
0 Şərh     Baxış: 1 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Novruz bayramına qədər Bakı Dairəvi dəmir yolu tam istifadəyə verilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Zaman Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda bu marşrut üzrə hərəkətdə olan qatarın son dayanacağı Pirşağı stansiyasıdır:

"Hazırda Bakı Dairəvi dəmir yolunda hərəkət edən sərnişin qatarı Pirşağıya qədər hərəkət edir, Novruz bayramına qədər Fatmayi-Goradil, Novxanı dayanacaqlarının da istifadəyə verilməsi gözlənilir".

Z.Novruzov qeyd edib ki, bu dayanacaqlar istifadəyə verildikdən sonra Bakı Dairəvi dəmir yolu tam olaraq fəaliyyət göstərəcək.

Xatırladaq ki, Bakı Dairəvi dəmir yolu xəttinin ümümi uzunluğu 91 km-i əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.