Ölkə

AzTU tələbələrinə xəbərdarlıq edildi - Koronavirusla bağlı şayiə yayırdılar

13 Mart 2020 15:54
Baxış: 176 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi koronavirusla bağlı şayiə yayan tələbələrə ciddi xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.

Onun sözlərinə görə, universitet rəhbərliyi tərəfindən həmin tələbələrə ciddi xəbərdarlıq olunub:

"Tədris başlayanda bir daha belə bir halın yaşanmaması üçün xəbərdarlıq ediləcək, eyni zamanda təlim-tərbiyə işinə nəzarət gücləndiriləcək".

Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Faiq Həsənov tələbə yoldaşı Eyvaz Cəfərovun koronavirusdan ölməsi barədə məlumat yayıb.

Tələbələrin zarafatlaşması ictimaiyyət arasında ciddi başa düşülüb və böyük rezonansa səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.