Ölkə

Ölkəyə qanunsuz kosmetik məhsullar gətirilməsi cəhdinin qarşısı alınıb - FOTO

13 Mart 2020 16:57
0 Şərh     Baxış: 1 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilmiş kosmetik məhsullar aşkar ediblər.

Milli.Az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Fusion" markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa oturacaqlarının alt hissəsində, yük yerinin sol tərəfindəki boşluqda vəsalonun nəfəslik hissəsində gömrük nəzarətindən gizlədilən 708 ədəd müxtəlif adda kosmetik məhsullar aşkar edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.