Ölkə

Gürcüstandan Azərbaycana gizli yolla tibbi ləvazimatlar gətirən şəxs saxlanıldı

13 Mart 2020 16:49
0 Şərh     Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Scania R480" markalı avtomobil ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı avtomobilin salonundakı yorğanların içərisində gömrük nəzarətindən gizlədilən, 294 qutu və 1265 flakon müxtəlif adda tibbi ləvazimatlar aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.