Ölkə

AMEA-da koronavirusla bağlı maarifləndirici və profilaktik tədbirlər görüləcək

13 Mart 2020 13:24
Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb.

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncamda qeyd olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənəddə, həmçinin qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılması, əlavə güzəştli davamiyyət rejiminin tətbiqi, AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların tətbiq edilməsi məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müvafiq mütəxəssisləri tərəfindən koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışlar edilməsi, maarifləndirici materialların dərc etdirilməsi də sərəncamda əksini tapıb.

Bununla yanaşı, sənəddə AMEA Rəyasət Heyətinin binasında tibb məntəqəsinin təşkil edilməsi tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.