Ölkə

Bakıda nazirlik əməkdaşını maşın vurdu

13 Mart 2020 10:09
0 Şərh     Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsində qeydə alınıb.

Həmin yolda hərəkətdə olan "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində zərbənin təsirindən avtomobillərdən biri yolu keçən qadını vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan qadın Ədliyyə Nazirliyinin əməkdaşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.