Ölkə

Gələn həftədən rus bölməsinin şagirdləri üçün də videodərslər keçiriləcək

12 Mart 2020 10:19
0 Şərh     Baxış: 2 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil Nazirliyi gələn həftədən ümumtəhsil müəssisələrində oxuyan rus bölməsinin şagirdləri üçün də videodərslərin keçirilməsinə başlayacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, dərslər bütün siniflər üzrə keçiriləcək. Videodərslər "Mədəniyyət kanalında yayımlanacaq.

C.Valehov rus bölməsi üzrə videodərslərin kanalda Azərbaycan bölməsi üçün ayrılan dərs vaxtından kənar təqdim ediləcəyini əlavə edib.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən 27-dək ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb.

Təhsil Nazirliyi bu müddət ərzində şagirdlərin dərs proqramından geri qalmaması üçün martın 11-dən Azərbaycan bölməsi üzrə videodərslərin keçirilməsinə başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.