Ölkə

Bakıda məktəbə Arif Məlikovun adı verildi

11 Mart 2020 17:44
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Onbirillik Musiqi Məktəbinə Arif Cahangir oğlu Məlikovun adı verilib.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb:

"2019-cu ildə "A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq sərəncam imzalanmışdır. Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılıb. Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli Sərəncamı ilə Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatları olan "Heydər Əliyev", "İstiqlal" və "Şöhrət" ordenləri ilə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.