Ölkə

TƏBİB xaricdən gələnlərə koronavirus xəbərdarlığı etdi

11 Mart 2020 13:07
0 Şərh     Baxış: 7 457
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tibbi Ərazi Birliyini İdarəetmə Birliyi (TƏBİB) ölkə xaricindən gələnlər üçün tövsiyə paylaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Birliyin "Facebook" səhifəsində paylaşılan xəbərdarlıqda vətəndaşlardan həmin qaydalara riayət etmələri tələb olunub.

Qaydalara əsasən, ölkə xaricindən son 14 gün ərzində gələnlər, buradakı ilk 14 günlərini evdə keçirməli, olduqları məkanı tez-tez havalandırılmalı, mümkün qədər az insanla təmasda olmalıdır.

Bundan əlavə, yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır. Əllər sabunla tez-tez yuyulmalı, eləcə də evdən çıxanda mütləq maska taxılmalıdır. Eyni zamanda soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.