Ölkə

Azərbaycan Turizm Bürosu: "Çalışırıq ki, Azərbaycan yenidən insanların ilk səyahət edəcəyi məkanlardan biri olsun"

11 Mart 2020 13:20
0 Şərh     Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz koronavirusla bağlı dünyada mövcud olan bu vəziyyətin tezliklə düzələcəyini düşünürük və bu baxımdan optimistik. Hazırda çalışırıq ki, vəziyyət yenidən düzəldikdə Azərbaycan insanların ilk səyahət edəcəyi məkanlardan biri olsun.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib.

Koronavirusun dünya turizminə təsirsiz keçmədiyini deyən F. Zenqstşmid qeyd edib ki, Azərbaycana gələn turistlər kimi digər ölkələrə gedən turistlərin də səfər etmələri və səfəri təxirə salmaları dilemması qarşısındadırlar.

F.Zenqstşmid əlavə edib ki, hazırda ən əsas məqsədlərdən biri bu vəziyyətin yaratdığı iqtisadi çətinlikləri ən minimum səviyyəyə salmaqdır:

"İndi qarşıdakı planlara və məqsədlərə baxmaq üçün gözəl vaxtdır ki, qarşıdan gələn çətinlikləri aşaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.