Ölkə

RİİB www.teklifimvar.az portalını yaradır

10 Mart 2020 14:54
Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Reginal İnkişaf" İctimai Birliyi (RİİB) www.teklifimvar.az portalı hazırlayır. Tezliklə istifadəyə veriləcək portala vətəndaşlar müxtəlif sosial-iqtisadi, infrastruktur və digər məsələlərlə bağlı təkliflərini göndərə biləcəklər.

Milli.Az xəbər verir ki, İctimai Birlikdən Trend-ə verilən məlumata görə, daxil olan təkliflər işçi qrup tərəfindən araşdırıldıqdan sonra daha vacib və məqsədəmüvafiq olanlar portalda yerləşdiriləcək. Qeyd edilən platforma üzərindən aidiyyəti qurumlara daxil olan təkliflərin reallaşdırılmasına dəstək göstərmək imkanı yaradılacaq. Görülən işlərin nəticələri barədə məlumat portalda yerləşdiriləcək.

Portalın yaradılmasında məqsəd vətəndaşları ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda, dövlət tərəfindən regionların inkişafı üzrə reallaşdırılan tədbirlərdə daha fəal iştiraka təşviq etməkdir.

Xatırladaq ki, "Reginal İnkişaf" İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyatı qurumlarla əməkdaşlıq şəratində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.