Ölkə

Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin sayı açıqlandı

10 Mart 2020 13:09
0 Şərh     Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə elektron qeydiyyat başa çatıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, elektron sənəd qəbulu prosesində 2971 namizəd qeydiyyatdan keçib, onlardan 2540 namizəd elektron ərizəsini təsdiq edib.

Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.