Ölkə

Hər gün 5 min avtonəqliyyat vasitəsi dezinfeksiya edilir

10 Mart 2020 10:24
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyada gündəlik dezinfeksiya işlərinin təşkil edilməsinə dair müvafiq tapşırığa uyğun olaraq əməliyyatlar həyata keçirilir:

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyada gündəlik dezinfeksiya işlərinin təşkil edilməsinə dair müvafiq tapşırığına uyğun olaraq hər gün ümumilikdə 5 min avtonəqliyyat vasitəsində təlimata uyğun şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Respublikanın Bakı, Gəncə, Göyçay, Lənkəran, Mingəçevir, Quba, Şəki, Şirvan, Sumqayıt, Tovuz və Yevlax da daxil olmaqla 11 regional bölməsi üzrə müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi üçün işçi qrup sadalanan bölgələrimiz üzrə ezam edilib. Dezinfeksiya işləri şəhərlərarası, şəhərdaxili və taksi avtonəqliyyat vasitələrinin reysdə olmadığı saatlarda, gün ərzində 2 dəfə (səhər və gecə) təmin edilir".

N Allahverdiyeva əlavə edib ki, Gəncə regional ərazi bölməsi üzrə 340, Göyçay regional ərazi bölməsi üzrə 128, Lənkəran regional ərazi bölməsi üzrə 549, Mingəçevir regional ərazi bölməsi üzrə 360, Quba regional ərazi bölməsi üzrə 411, Şəki regional ərazi bölməsi üzrə 516, Şirvan regional ərazi bölməsi üzrə 420, Sumqayıt regional ərazi bölməsi üzrə 474, Tovuz regional ərazi bölməsi üzrə 757, Yevlax regional ərazi bölməsi üzrə 543, ümumilikdə respublika üzrə 4498 avtonəqliyyat vasitəsində dezinfeksiya işləri təmin edilib:

"Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə edilir. Əlavə məlumat əldə etmək üçün qaynar xətt: 012 566 52 58 və 012 567 06 57"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.