Ölkə

Polis əməkdaşları aprel şəhidimiz Müşfiq Orucovun ailəsini ziyarət etdilər - FOTO

7 Mart 2020 15:50
Baxış: 1 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və Xətai Rayon Polis İdarəsinin əməkdaşları aprel şəhidimiz Müşfiq Orucovun ailəsini ziyarət ediblər. 

Şəhidin xatirəsini yad edən polislər 8 Mart bayramı ərəfəsində onun anasını təbrik ediblər.   

Şəhidin atası Arif Orucov torpaqlarımız uğrunda şəhid olan oğullarımızı, onların ailələrini daim yad etdiklərinə görə asayiş keşikçiərinə minnətdarlığını bildirib. "Bu gün ölkəmizdə sabitliyin qorunmasında mühüm rolu olan və cinayətkarlıqla qətiyyətli mübarizə aparan Azərbaycan Polisi şəhidlərimizin xatirəsini əziz tutmaqla gənclərimizi vətənpərbərliyə, vətəni, torpağı sevməyə səsləyir", deyən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis polkovnik leytenantı Hafiz Təmirov tezliklə torpaqlarımızın işğaldan azad olunacağını və o gün şəhidlərimizin ruhunun sevinəcəyinə inamını ifadə etdi.

Görüşdə iştirak edən Azərbaycan Dillər universitetinin əməkdaşı Aynur Səfərli də öz növbəsində polisimizin bu nəcib addımını yüksək qiymətləndirib və bu ənənənin davam edəcəyinə ümidvar olduğunu deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.