Ölkə

Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb

7 Mart 2020 12:34
2 Şərh     Baxış: 4 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb.

Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq.

Həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.