Ölkə

Paytaxt polisi 34 cinayətin üstünü açıb

7 Mart 2020 15:24
0 Şərh     Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-də 34 cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.