Ölkə

Bakı - Sumqayıt yolunda hərəkət dayanıb - FOTO

6 Mart 2020 20:39
0 Şərh     Baxış: 1 963
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı- Sumqayıt və Balaxanı-Novxanı-Sumqayıt avtomobil yollarında hərəkət dayanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, adıçəkilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb.

Yolun Sumqayıta doğru istiqamətində hər iki yolda hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb.

Hadisəyə Bakı-Sumqayıt yolunda gedən təmir işlərinin səbəb olduğu deyilir. Məlumata görə, Bakı-Sumqayıt yolunda təmir işləri aparıldığından avtomobillər Balaxanı-Binəqədi- Novxanı istiqamətinə yönləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.