Ölkə

Ötən il Azərbaycanda 65 nəfər yanğın və partlayışlarda həlak olub

6 Mart 2020 20:59
0 Şərh     Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 67 nəfər və ya 41% çoxdur.

Bundan əlavə 2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci il ilə müqayisədə 4 hadisə və ya 6% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.