Ölkə

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - AAYDA

6 Mart 2020 14:34
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi ətrafında aparılan yenidənqurma işləri çərçivəsində yolun dəmir yolu körpüsünün altından keçən hissəsində kommunikasiya xətlərinin dəyişdirilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən etibarən səhər saatlarınadək (00:00 - 05:00-a qədər) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bununla əlaqədar sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.