Ölkə

Rəsmilər koronavirusla bağlı suallara cavab verib - VİDEO - YENİLƏNİB

28 Fevral 2020 20:10
Baxış: 5 992

20:10

Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə tədbirlər görülür: "Azərbaycana koronavirusun keçməsinin qarşısının alınması üçün bütün lazımi addımlar atılır. Azərbaycanın bu xəstəlik aşkarlanan ölkələrlə sərhədi bağlaması istiqamətində çox yüksək səviyyədə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq bu barədə qərar veriləcək".

-------

18:47

***

Bəzən sosial şəbəkələrdə müəyyən şəkillər yaymaqla koronavirusla bağlı ajiotaj yaradılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə koronavirusla bağlı Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə deyilib.

Qeyd olunub ki, xaricdən gələn şəxsləri müayinə edən həkimlər xüsusi geyimlərdə olurlar. Kimlərsə həmin həkimlərin şəkillərin kənardan çəkib sosial şəbəkələrdə yaymaqla koronavirusla bağlı ajiotaj yaradırlar.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, xaricdən gələn hər bir şəxs koronovirusa yoluxmuş şəxs deyil: "Əlbəttə, ola bilər, kiminsə bədən temperaturu normadan bir qədər artıq olsun, ancaq bu o demək deyil ki, həmin şəxs koronavirus daşıyıcısıdır. Bunun dəqiq cavabı laborator analizlər nəticəsində müəyyən oluna bilər. Həmin şəxsin temperaturu başqa səbəblərdən də qalxa bilər. Dəqiq nəticə olmamış ajiotaj yaratmağa ehtiyac yoxdur".

***

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi və ürəyinin getməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, yayılan görüntü şayiədir:

"Həmin şəxs həqiqətən də İranda işləyib və Ağdaşa qayıdıb. O, sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".

***

Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə tədbirlər görülür: "Azərbaycana koronavirusun keçməsinin qarşısının alınması üçün bütün lazımi addımlar atılır. Azərbaycanın bu xəstəlik aşkarlanan ölkələrlə sərhədi bağlaması istiqamətində çox yüksək səviyyədə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq bu barədə qərar veriləcək".

----------

18:22

Gömrükdən keçən insanlarda virusla bağlı problem aşkarlanmasa belə onlar 14 gün ərzində özlərini ciddi şəkildə qorumalıdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib. Onun sözlərinə görə, ölkəyə daxil olan vətəndaşlara bu barədə keçid məntəqələrində də bildirilir:

"Gömrük keçid məntəqəsindən ölkəyə daxil olan şəxs yoxlanıldıqdan sonra hər hansı bir problem aşkar olunmursa həmin şəxsə məlumat vərəqələri təqdim olunur. Bundan əlavə, ona şifahi şəkildə də məlumatlar verilir. Yoxlamadan keçən şəxslərin növbəti 14 gün ərzində sağlamlığına ciddi şəkildə diqqət etməyi tövsiyə olunur. Vətəndaşa evdən çölə zəruri hallarda çıxması, gigiyenasına diqqət etməsi və əsasən də ailəsində, qohumluqda olan uşaq və yaşlılarla maksimum dərəcədə təmasa girməməsi tövsiyə olunur".

***

Azərbaycanda koronavirusla bağlı qaynar xətt yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

O qeyd edib ki, 15 42 nömrəli "Qaynar Xətt" 24 saat fəaliyyət göstərir:

"Vətəndaşlar özlərində hər hansısa bir şübhə hiss edərsə, bu nömrəyə zəng vurub məlumat verə bilər. Eləcə də Bakıda 103, regionlarda isə 113 təcili yardım xidmətinə müraciət edilə bilər".

***

Azərbaycanda hazırda koronavirus şübhəsi ilə 224 nəfər karantində saxlanılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən 1-i İtaliya, 12-si İran, 7-si digər ölkə vətəndaşlarıdır: "Həmin şəxslər müalicə olunmur. Hazırda onlardan müayinələr götürülüb və cavablar gözlənilir. Cavablar gələnə qədər onlar karantində saxlanılacaq".

***

Ölkədə koronavirusdan şübhələnən şəxs bütün ərazilərdə təcili tibbi yardım stansiyaları, yaxınlıqdakı xəstəxana və ya digər tibb müəssisəsinə müraciət etməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Vasif Əliyev koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yüksək qızdırma, öskürək, əzələ ağrıları, burun axması olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər: "Həmin tibb müəssisələrinin əməkdaşları dərhal həmin xəstəni nəzarətə götürəcək. Xəstədən analiz götürüləcək və müayinə ediləcək. Əgər onda koronavirus şübhəsi aşkar edilərsə, dərhal xəstə karantinə götürüləcək".

***

Koronavirus təhlükəsinə görə Azərbaycanda orta və ali məktəblərdə tədrisin dayanmasına hələlik zərurət yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayevin sözlərinə görə, Azərbaycanda bu virus yayılmayıb ki, dərslərin dayandırılmasına zərurət yaransın.

***

İranda koronavirusun yayılmasına baxmayaraq insanlarımız hələ də ora getməkdə davam edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, insanlar orada virusun yayıldığını bilə-bilə həmin ölkəyə səfər edirlər:

"Azərbaycan tərəfindən İrana gediş-gəlişlər hələ də davam edir. Vətəndaşlarımız ölkəyə qayıdan zaman isə, bəzi hallarda yoxlamadan boyun qaçırırlar. Onlar başa düşməlidirlər ki, bu yoxlamalar onların təhlükəsizliyi və sağlamlığının təminatı üçündür. Görülən işlər tək bizdən asılı deyil, gərək vətəndaşlarımız da bizə az da olsa, yardım etsinlər".

***

Azərbaycan vətəndaşları koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev vurğulayıb ki, vətəndaşlar da bu istiqamətdə diqqətli olmalıdır: "Əlbəttə ki, biz heç kimi məcbur edə bilmərik ki, getməsin, ancaq vətəndaşlar da bizə yardımçı olmalıdırlar. İmkan daxilində bu təhlükə aradan qalxana qədər vətəndaşlar koronavirus yayılan ölkələrə səfər eməkdən imtina etməlidir".

***

Xəstə uşaq olarsa məktəbə buraxmaq lazım deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev qeyd edib ki, xəstə uşaqların məktəbə aparılmaması hər hansı virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır: "Bu, təkcə koronavirusla bağlı deyil, ümumiyyətlə respirator xəstəliklərinin qarşısının alınmasında xəstə uşaqların məktəbə aparılmaması tövsiyə olunur".

***

Azərbaycan ilk koronavirusa tutulan şəxslə kontaktda olan şəxlsər araşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı işçi qrupu da yaradılıb:

"Düzdür, Rusiya vətəndaşı Azərbaycana keçən zaman çox ciddi şəkildə izolyasiya olunub. Buna baxmayaraq, hazırda bu hadisə ilə bağlı işçi qrupu da yaradılıb və Rusiya vətəndaşı ilə kontaktda ola biləcək şəxslər araşdırılır. Belə bir insanlar aşkar olunarlarsa, onlar da karantinə alınacaqlar".

***

Azərbaycanda koronavirusla bağlı 3 karantin xəstəxanası ayrılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda Astara, Cəlilabad və Qobustan xəstəxanaları karantin üçün hazır vəziyyətə gətirilib: "Həmin xəstəxanalar bütün dərman preparatları və digər zəruri avadanlıqla təmin edilib. Bundan əlavə, bu məsələ ilə bağlı köməkçi xəstəxana və mərkəzlər də zəruri avadanlıqlar və preparatlarla təchiz olunub".

***

Azərbaycanda sərhəddə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Bildirilib ki, Azərbaycana gələn şəxslər iki mərhələdə yoxlanılır:

"1-ci mərhələ sərhəddə termometriya ilə yoxlanılır, 2-ci mərhələdə isə həkimlər tərəfindən 2-ci, yəni təkrar termometriya yoxlaması aparılır. İkinci mərhələdə aparılan müayinələr zaman şübhə yaranarsa, analizlər götürürük. Təsdiqləndiyi halda tədbirlər görülür".

***

18:01

Bu gün ölkədə aşkarlanan ilk koronavirus xəstəsi 1997-ci il təvəlüdlü Rusiya vətəndaşıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, xəstə sərhədi keçərkən məlumat verib: "Xəstə dərhal nəzarətə götürülüb. Hazırda karantində saxlanılır. Vəziyyəti stabildir, ağırlaşma yoxdur. Artıq xəstədən müavinələr olunub. Analizlər götürülüb. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır".

----------

17:01

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayır.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.