Ölkə

Əbülfəs Qarayev: "Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq"

28 Fevral 2020 13:37
2 Şərh     Baxış: 2 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı kütləvi mədəni tədbirlərin keçirilməsinə hansısa məhdudiyyətin qoyulması əsassızdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, əgər Azərbaycanda koronavirusun yayılması faktı aşkarlansa, sözsüz ki, mədəniyyət ocaqlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyula bilər.

Nazir vurğulayıb ki, sərhəd keçid məntəqələrində bütün lazımi yoxlamalar həyata keçirilir:

"Hesab edirəm ki, hansısa tədbirin keçirilməsinə məhdudiyyət qoymağa əsas yoxdur. Düzdür, bu virus dünyada artıq geniş yayılıb, lakin ölkədə müvafiq dövlət qurumları tərəfindən ölçülər götürülür və kütləvi şəkildə məhdudiyyətlərdən danışmaq əsassızdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.