Ölkə

Koronavirusa yoluxan şəxslə taksidə gələnlər Azərbaycanda xəstəxanaya yerləşdirildilər

27 Fevral 2020 10:02
6 Şərh     Baxış: 3 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze koronavirusa yoluxan şəxslə bağlı açıqlama verib. 

Milli.Az Day.Az-a istinadla xəbər verir ki, xəstəliyə yoluxan Gürcüstan vətəndaşı dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze isə bildirib ki, xəstəliyə yoluxan şəxs vətəninə marşrut taksisində qayıdıb. Onun 50 yaşı var. Həmin şəxsin adı açıqlanmasa da, Marneulidə yaşadığı bildirilib.

Qamkrelidze həmin şəxsin Gürcüstan ərazisinə girdiyini də söyləyib: "Azərbaycan-Gürcüstan sərhədində onda xəstəliyin simptomları aşkar edilən kimi təcili yardımla xəstəxanaya çatdırılıb".

Onun sözlərinə görə, həmin şəxslə bir yerdə gələn şəxslərin bir neçəsi artıq Azərbaycanda xəstəxanaya yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.