Ölkə

Bakıda özünü dənizə atan qızın atası: “Münasibətindən xəbərdar idik”

25 Fevral 2020 16:28
3 Şərh     Baxış: 3 864

Qızım Nəzakət Rzazadənin sevgilisi ilə münasibətinə razılıq verilmədiyi üçün intihar etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Milli.Az xəbər verir ki, axar.az-a açıqlamasında özünü dənizə ataraq, intihar edən Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.

O bildirib ki, qızının hansı səbəbdən intihar etməsi məlum deyil:

"Qızımın Balahüseyn Məmmədovla münasibətindən xəbərdar idik. Üçüncü kursda oxuyurdu deyə, universiteti bitirdikdən sonra ailə qurmasını məsləhət görmüşdük. Sevdiyi oğlan öz kəndimizdəndir. Bu gün gecə saat 1-2 arası intihar ediblər. İntihar səbəbini isə bilmirik. Nəzakətin meyiti hələ tapılmayıb, axtarışlar davam edir".

Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılıb.

İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Oxucu · 25 Fevral 16:43122

    Öz başı ilə Tibb Universitetinə girən, ağıllı-kamallı, gələcəyin həkimi bir qızın "ailə razı deyil" səsəbinə görə özünü dənizə atmasına inanmağım gəlmir.

    Cavab yaz
  • Anonim
    Jale · 25 Fevral 16:52114

    Iki cahil insan.Indi hami dushecek valiudeynlerinin ustune ki,ay vermediler,ay istemediler.Duz edibler.Universitetde oxuyursan,oxu,qurtar,sonra evlen.3-cu kursda ne evlilik? hem de oglan oz kendlileri olub.Her halda,valideyn razi deyilse,demeli,buna bir sebeb var.

    Cavab yaz
    • Anonim
      h · 26 Fevral 19:4610

      valideynler usagi bedbext edir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.