Ölkə

Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb

24 Fevral 2020 20:04
0 Şərh     Baxış: 1 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda vətəndaşın həyatına qəsd olunması ilə bağlı iddiaları araşdırıb.

Milli.Az xəbər verir ki, bu barədə İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb: "Həmin avtomobilin sürücüsü müəyyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində Yol Hərəkəti Haqqında Qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.