Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın İtaliyadan aldığı "M 346" uçuş təyyarələri ölkədə 5-ci nəsil uçuş pilotlarının hazırlanmasına şərait yaradacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, bu təyyarələr müasir təlimləri üçün çox əlverişlidir: "Cənab Prezident İlham Əliyev son müşavirələrinin birində bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ən müasir hərbi texnikalarla təmin ediləcək. Biz artıq bunun şahidi oluruq. Prezident İlham Əliyev Belarusda olanda hava hücumundan müdafiə sistemləri ilə bağlı memorandum imzalandı. İndi də belə bir sənəd İtaliya səfəri çərçivəsində "M-346" təyyarələri ilə bağlı imzalanıb".
Hərbi ekspert qeyd edib ki, bu təyyarələr dünyada ən müasir tələblərə cavab verən təyyarədir:
"M-346" uçuş təyyarələri 2012-2013-cü illərdən istehsala buraxılıb. Təyyarələr pilotların hazırlanması üçün təlim uçuşları məqsədilə alınıb və dünya standartlarına tam cavab verən müasir avadanlıqlarla təchiz olunub. Hazırlanan 5-ci nəsil pilotlar isə bu təyyarələrlə uçmağa hazır olacaq. Təyyarədəki avadanlıqlar həm təhlükəsizlik baxımından, həm də müasir təyyarələrdəki parametrlərə uyğun hazırlanıb. Hətta İsrail pilotları da bu təyyarələrlə uçuşa hazırlanır. Azərbaycan pilotlarının bu təyyarələr vasitəsilə uçuşa hazırlanması bizim üçün çox vacibdir".
Qeyd edək ki, "M-346" İtaliya, İsrail, Sinqapur və Polşa ordularında təlim-döyüş təyyarəsi olaraq istifadə olunur.
Xatırladaq ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə" imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A"nın icraçı direktoru Alessandro Profumo imzalayıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)





