Ölkə

Bakıda tarakanların “at oynatdığı” məşhur restoranın sahibi barədə qərar verildi - FOTO

21 Fevral 2020 15:03
0 Şərh     Baxış: 2 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonu ərazisində yerləşən "50 Qəpik" adlanan restoranda antisanitar vəziyyətlə bağlı başlanılan araşdırmanın nəticəsi bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirlib.

Qeyd olunub ki, müraciətə Agentliyin Bakı regional bölməsində baxılıb:

"Müraciət əsasında Agentlik əməkdaşları tərəfindən "50 Qəpik" kafesində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq, növbədənkənar yoxlama aparılıb.

Aparılan yoxlama zamanı müəssisədə yaranma ehtimalı fiziki təhlükəli amillər təhlil edilib, qida obyektinin rəhbərliyinə sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verilib. Eləcə də qanunvericiliyin və texniki normativlərin, hüquqi aktların tələbləri izah olunub. Kritik nəzarət nöqtələri üzrə risk qiymətləndirilməsi aparılıb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və qida obyektinin fəaliyyəti nəzarətə götürülüb".

Xatırladaq ki, bir müddət əvvəl "Xətai" metrostansiyasının yaxınlığında yerləşən "50 Qəpik" adlanan restoranda yeməklərin yanında tarakanın gəzdiyinə dair videogörüntülər yayılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.