Ölkə

Bakıda milyonlarla manata torpaq satılır - SİYAHI - FOTO

20 Fevral 2020 16:48
0 Şərh     Baxış: 1 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qiyməti milyonlarla manata olan torpaq sahələri satılır. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı əmlak alqı-satqı saytlarında elanlar yerləşdirilib. 

Apardığımız araşdırma zamanı məlum olub ki, paytaxtda ən baha torpaq sahəsi Nəsimi rayonunda yerləşir. 130 sot sahəsi olan əmlak 22,1 milyon manata satılır. 

Nizami rayonu "Qara Qarayev" metro stansiyası yaxınlığında yerləşən 400 sot torpaq sahəsi isə 16 milyon manata təklif olunur.

Ümumi sahəsi 100 sot olan və Tbilisi prospektində yerləşən torpaq 15 milyon manata satışa çıxarılıb. 

Bakıxanov qəsəbəsində yerləşən 25 sot torpaq sahəsi 14 milyon manata satılır. Bu əmlakın dəyərini bahalaşdıran isə həmin torpaqda tikilən 11 obyektdir. 

Yasamal rayonu, Mətbuat prospektində 12 milyon manata torpaq sahəsi satılır. Əmlakın ümumi sahəsi 110 sotdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.