Ölkə

Azərbaycanda ad günündə intihar edən məmurun yerinə TƏYİNAT

18 Fevral 2020 16:57
0 Şərh     Baxış: 2 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nərimanov Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əmr imzalayıb.

Əmrə əsasən, Yusif Sadıqov RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bu vəzifəni 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yerinə yetirib. O, 2019-cu ilin dekabrında ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı şəkildə qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.

Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib. Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.

Məlumatı ilk unikal.org yayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory