Ölkə

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı - VİDEO - FOTO

15 Fevral 2020 18:29
0 Şərh     Baxış: 1 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mənzildə bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markasız siqaretlərin saxlanılması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu məhkəmənin qərarı ilə həmin mənzildə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Baxış zamanı mənzildən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 208 min 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.