Ceyhun Bayramov: "Buraxılış imtahanlarının təhlillərindən nəticə çıxarılmalıdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə "Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər" mövzusunda müşavirə keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov çıxış edərək təhsilin keyfiyyəti və buna təsir edən amillər, vətəndaş məmnuniyyəti və təhsildə yeniliklər, innovasiyaların tətbiqindən danışıb.
Ötən il yerli təhsili idarəetmə orqanlar rəhbərlərinin, məktəb direktorlarının iştirakı ilə regional zona müşavirələrinin keçirildiyini, hər bir qurumun fəaliyyətinə dair illik hesabatların dinlənildiyini deyən Təhsil naziri bu məzmunda tədbirlərin cari ildə də davam etdiriləcəyini bildirib.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) qarşısında duran vəzifələrə toxunan C.Bayramov qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər.
Nazirin sözlərinə görə, IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır.
Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla bağlı işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb.
Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə təklif və tövsiyələrini verib. Məhəbbət Vəliyeva təqdimatında tədris ilinin prioritet istiqamətlərindən, məktəb rəhbərlərinin üzərinə düşən funksiyalardan söz açıb, bölgələr üzrə müvafiq nəticələri diqqətə çatdırıb.
Müşavirədə "Təhsildə keyfiyyətin təminatı", "Təhsilin maliyyələşdirilməsi və müasir təchizat sisteminin yaradılması", "Tədris resursları ilə təminat və ehtiyat dərsliklər", "İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmiləşdirilməsi" mövzularında panel müzakirələr keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
XƏBƏR LENTİ
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)





