Ölkə

Çingiz Qənizadənin dairəsinin nəticələri LƏĞV EDİLDİ

13 Fevral 2020 16:54
Baxış: 4 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən olan şikayətlərə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə qeyd olunub ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb.

İclasda bildirilib ki, araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın. Təklif səsə qoyularaq qəbul edilib.

 

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.