Ölkə

Xudatda silsilə oğurluqlar olur, sakinlər narazıdır

12 Fevral 2020 18:14
0 Şərh     Baxış: 1 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonu, Xudat şəhər sakinləri son günlər yaşadıqları ərazidə baş verən silsilə oğurluqlar barədə hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət ediblər.

Milli.Az xəbər verir ki, sakinlər qafqazinfo-ya bildiriblər ki, Osman Mirzəyev küçəsində müttəmadi olaraq əmlakları qarət olunur: "Təkcə yanvar ayında Xudat və ətraf kəndlərdən, əsasən Şollarda 10-dan artıq yük və sərnişin avtomobilləri qarət olunub. Hətta bizim küçədə 10 gün fasilə ilə eyni ailənin "KamAZ" maşını iki dəfə qarət olunub, əsasən də akkumulyatorlar oğurlanıb. Oğurluqların kütləvi xarakter almasına baxmayaraq oğrular hələ də tapılmır.

Bu problemin kütləviləşməsi küçələrdə işıqlandırma sistemlərinin olmamasıdır. Hava qaraldıqdan sonra hər tərəf zülmət içində olur, əhali gecələr çölə çıxa bilmir. Bununla bağlı da müvafiq qurumlara dəfələrlə müraciət etmişik, lakin heç bir nəticə əldə etməmişik, bizi süründürməçiliyə salıblar".

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, sakinlər Xaçmaz Rayon Polis Şöbəsinin Xudat şəhər bölməsinə eyni məzmunlu ərizə ilə müraciət ediblər: "Hazırda hüquq-mühafizə orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.