Ölkə

8 saatlıq iş rejiminə riayət edilməsi üçün görüləcək tədbirlər açıqlandı

6 Fevral 2020 18:17
Baxış: 3 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamətdə işləyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ilkin olaraq işlər bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq.

İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar həyata keçiriləcək: "Hazırda təklifləri hazırlayırıq və hökumətə təklif ediləcək. Müvafiq qərardan sonra məsələ təmin ediləcək. Araşdırmalarımızın, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xərəbdarlıq olunacaq, işçiyə və işəgötürənə hüquq və vəzifələr izah ediləcək. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq olunacaq. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.