Ölkə

Diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməkhaqqı artımı məsələsi qaldırıla bilər

6 Fevral 2020 17:56
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməkhaqqının artımı məsələsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin qarşısında duran əsas məqsəd ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarığının diaqnostik qiymətləndirməsini həyata keçirmək idi:

"Təbii ki, qiymətləndirmədən sonra müəyyən olunan məqsədlər bundan sonra gerçəkləşdiriləcək. Yəqin ki, müvafiq təşkilatlar qarşısında da bu məsələ qaldırılacaq".

Xatırladaq ki, ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron müraciət keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.