Ölkə

Məhkəmə "Bakımetropoliteni" QSC-nin xeyirinə qərar çıxardı

6 Fevral 2020 18:39
0 Şərh     Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabunçu rayon Məhkəməsində "Bakı Metropoliteni" QSC-nin "pressinfo.az" və "araz.az" saytları qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prosesdə qərar qəbul olunub.

Məhkəmənin qərərı ilə "Bakı Metropoliteni" QSC barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığı üçün pressinfo.az saytının baş redaktoru Əhmədova Nüşabə Bəyoğlan qızı və "Araz.az" saytının təsisçisi və baş redaktoru Mustafayev Hüseyn Əziz oğlu yazılı şəkildə rəhbərlik etdikləri sayt vasitəsilə qurumdan üzr istəməli və saytlarda yerləşdirilən bütün materialları "Təkzib" başlığı altında yerləşdirməlidir.

Məhkəmənin qərarı ilə Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu və Mustafayev Hüseyn Əziz oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq "Bakı Metropoliteni" QSC-nin xeyrinə ödənilməsi qət edilib.

Xatırladaq ki, adıçəkilən saytlar "Bakı Metropoliteni" QSC barəsində məlumatlar yayyıb. Materialları həqiqətəuyğun hesab etməyən QSC rəhbərliyi adıçəkilən saytlar və onların rəhbərləri barədə məhkəməyə müraciət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.