Ölkə

Paytaxtın bu yolunda hərəkət istiqaməti dəyişdirilir - FOTO

6 Fevral 2020 10:31
0 Şərh     Baxış: 1 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.