Ölkə

Koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən Çin vətəndaşı evə buraxıldı

4 Fevral 2020 11:54
1 Şərh     Baxış: 1 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda koronavirus şübhəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çin vətəndaşının karantin müddəti başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanvarın 27-də koronavirusdan şübhələnərək 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılan 1996-cı il təvəllüdlü Zhenghai Liu Yousha bu gün evə buraxılıb.

Xatırladaq ki, Zhenghai Liu Yousha Bakı Dövlət Universitetinin Tarix fakultəsinin 3-cü kursunda amerikaşünaslıq ixtisası üzrə təhsil alır. O, bu il yanvarın 27-də koronavirus şübhəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edərək karantinə götürülüb. Zhenghai Liu Youshada virusun əlamətləri aşkar edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.