Ölkə

Göygöldə ağır qəza ilə bağlı DİN-dən AÇIQLAMA

1 Fevral 2020 14:54
0 Şərh     Baxış: 1 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata əsasən, yanvarın 31-də saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi "Ford Transit" markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini N.Murtuzayevə məxsus "ZİL" markalı avtomobilə vurub.

Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.