Ölkə

Bakıda marketdə dəhşətli anlar - Əcnəbi vətəndaş insanların gözü qarşısında öldü

1 Fevral 2020 11:39
2 Şərh     Baxış: 2 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda əcnəbi vətəndaş marketdə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsinə baş verib. Savalan yaşayış massivində yaşayan, əslən azərbaycanlı olan Türkmənistan Respublikası vətəndaşı Əliyev Maarif Kərim oğlu 31.01.2020-ci il tarixdə, saat 17.00 radələrində Savalan yaşayış massivində yerləşən "Oba" marketdə alış-veriş edərkən ürək tutmasından ölüb. Hadisə marketin müşahidə kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı hadisə yerinə, meyitə baxış keçirilib, meyit müayinə olunmaq üçün MTE və PA ETT birliyinin Sabunçu rayon şöbəsinə göndərilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.