Ölkə

Xırdalanda su olmayacaq

31 Yanvar 2020 12:34
1 Şərh     Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 31 yanvar 2020-ci il tarixində gün ərzində şəhərin 26-cı məhəlləsinə və Quşçuluq massivi adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.